Məzmuna keç

Talula Rayli

Vikipediya, azad ensiklopediya
Talula Riley
Talulah Riley
Talula Riley film çəkilişində (2009 avqust)
Talula Riley film çəkilişində (2009 avqust)
Doğum adı Talula Ceyn Riley-Milbarn
Doğum tarixi (40 yaş)
Doğum yeri Hartfordşir, İngiltərə
Milliyyəti ingilis
Həyat yoldaşı

İlon Mask

(2010-2012), (2013-2016)
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 2000-ci ildən
Təhsili

Cheltenham Ladies' College
Berkhamsted Collegiate School
Haberdashers Aske's School for Girls

Open Universiteti[1]
IMDb ID1506908
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985[2], Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır.

Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi.[3][4] Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir.

Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017)[5] serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016)[6] serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı.

Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.[7]

Riley Pride & Prejudice (2005) filmində Meri Bennet rolunu canlandırmışdır. Həmçinin St Trinian's (2007) və davam filmi St Trinian's 2: The Legend of Fritton's Gold (2009) filmlərində yer almışdır.[8][9] The Boat That Rocked (2009) filmində isə Marianne rolunu canlandırmışdır. Başlanğıc (2010) filmində isə Tom Hardinin canlandırdığı rolun dəyişdiyi şəxs olaraq görünmüşdür. Bunlardan başqa Love & Distrust (2010) filmindəki 5 qısa filmdən biri olan The Summer House-də başrolda yer almışdır.[9] Talula həm də White Frog (2012) filmində də yer almışdır.[10]

İlk romanı Acts of Love 2016-cı ilin avqust ayında nəşr edilmişdir.[4][11]

Esquire jurnalının 2010-cu il mart ayı dərcində baş səhifədə yer almışdır.[12][13]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Talula Riley 2008-ci ildə milyarder sahibkar İlon Mask ilə münasibətə başladı. Cütlük 2010-cu ildə Şotlandiyada ailə həyatı qurdu.[14][14] Mask 2012-ci ilin yanvarında Riley ilə dörd illik münasibətini bitirdiyini[15] və 2012-ci ilin martına qədər boşanacağını dedi.[16]

Amma 2013-cü ilin iyulunda Riley ilə Mask yenidən evləndilər.[17] Mask 2014-cü ildə 60 Minutes verilişində verdiyi müsahibədə Rileydən ayrılıdığını və ilk həyat yoldaşı Castin Maskdan olan beş uşağı ilə birlikdə yaşadıqlarını açıqladı.[18]

Mask ilə Riley 2016-cı ilin oktyabrında rəsmi olaraq ikinci dəfə boşandılar.[19]

səhifənin adı göstərilməyib

  1. Toole, Lesley O. "Jolly hockey sticks and sex trafficking". 17 may 2013. 30 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  2. Talulah Riley // Roglo. 1997.
  3. "Talulah Riley: how to marry a billionaire | Life & Style". web.archive.org. 26 fevral 2011. Archived from the original on 26 fevral 2011. İstifadə tarixi: 20 fevral 2022.
  4. 1 2 Hosie, Rachel. "Talulah Riley: 'Fifty Shades inspired me to create a sexually conniving female character'". 19 avqust 2016. 20 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022 www.telegraph.co.uk vasitəsilə.
  5. Andreeva, Nellie; Andreeva, Nellie. "'Westworld': Talulah Riley Promoted To Series Regular For Season 2 On HBO". 23 mart 2017. 20 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
  6. "Westworld - Angela". HBO. 28 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  7. "Summer and Smoke @ Nottingham Playhouse". www.bbc.co.uk. 24 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  8. http://www.monstersandcritics.com/movies/features/article_1573323php/Talulah-Riley-The-Summer-House-Inception%5B%5D
  9. 1 2 "Arxivlənmiş surət". 25 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
  10. "CAST REVEALED | Talulah Riley Cast In White Frog". 20 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
  11. "Acts of Love". 25 aprel 2019. 20 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022 www.hodder.co.uk vasitəsilə.
  12. "Girls on top: The next generation of British actresses". The Independent. 23 iyul 2009. 24 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
  13. "Talulah Riley: the world's sexiest quantum physicist? - Telegraph". web.archive.org. 6 fevral 2010. Archived from the original on 6 fevral 2011. İstifadə tarixi: 20 fevral 2022.
  14. 1 2 Press, Associated. "Actor Talulah Riley files to divorce billionaire Elon Musk, again". the Guardian. 21 mart 2016. 12 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  15. Elliott, Hannah. "At Home With Elon Musk: The (Soon-to-Be) Bachelor Billionaire". Forbes. 27 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  16. "SpaceX founder Elon Musk pays wife $4 million in divorce settlement". www.telegraph.co.uk. 3 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
  17. November 18, Lindsay Kimble; Am, 2016 11:16. "Elon Musk and Talulah Riley Divorced: Report". PEOPLE.com. 8 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
  18. "Tesla and SpaceX: Elon Musk's industrial empire". www.cbsnews.com. 8 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  19. "Arxivlənmiş surət". 22 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]