Məzmuna keç

Next Generation

Vikipediya, azad ensiklopediya
Next Generation
Təsis tarixi 1995
Nəşrini dayandırıb yanvar 2002
Ölkə
Dil ingilis dili[1]
ISSN 1078-9693

"''Next Generation''" — ABŞ videooyun jurnalı.[2] "Imagine Media" tərəfindən nəşr olunmuşdur. Birləşmiş Krallıq jurnalı "Edge" ilə sıx əməkdaşlıq edirdi və ümumi redaksiyaya sahib idi. "Next Generation" 1995-ci ilin yanvarından 2002-ci ilin yanvarına qədər çap olunmuşdur. Jurnal Conatan Simpson-Bint tərəfindən nəşr edilmişdir və redaktoru Nil Vest idi. Digər redaktorlar arasında Kris Çarla, Tom Russo və Bleyk Fişer var idi.[3]

"Next Generation" jurnalı əvvəlcə "3DO", "Atari Jaguar", "Sony PlayStation" və "Sega Saturn" kimi konsollar haqqında idi. Rəqibləri "GamePro" və "Electronic Gaming Monthly"dən fərqli olaraq, jurnal fərdi oyunlara deyil, sənayenin özünə fokuslanaraq fərqli oxucu kütləsini hədəf almışdır.

  1. 1 2 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1078-9693
  2. "Imagine Media is now Future Network USA". Future Network USA. 22 yanvar 2005. 10 fevral 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2007.
  3. "Classic Videogame Games INTERVIEW - Chris Charla". Good Deal Games. 20 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2013.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]