Məzmuna keç

Kickstarter

Vikipediya, azad ensiklopediya
Kickstarter
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye İnternet, Kraudfandinq
Təsis tarixi 28 aprel 2009[1]
kickstarter.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KickstarterABŞ mərkəzli, yaradıcı layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş qlobal kroudfandinq (kütləvi maliyyələşmə) platforması. Şirkətin hüquqi statusu "İctimai Faydalı Korporasiya"dır (ing. Public Benefit Corporation). Platforma əsasən müstəqil istehsalçıların istifadə etdiyi; komiks, rəqs, dizayn, dəb, filmvideo, qida, oyunlar, musiqi, fotoqrafiya, nəşriyyat, texnologiyateatr daxil olmaqla ümumilikdə 13 fərqli sahədə çalışan sənətçilərixtiraçılara öz layihələrini həyata keçirməyə imkan verir.

2014-cü ildə Kickstarter vasitəsilə 22,252 layihə maliyyələşdirilmişdir.[2] 2016-cı ildə isə şirkət ümumilikdə 100,000-ci müvəffəqiyyətli layihənin maliyyələşdiyini elan etmişdir.[3]

Kickstarter "hamısı və ya heç nə" (ing. all-or-nothing) prinsipi ilə işləyir. Layihə sahibi istehsal üçün lazım olan məbləği və müddəti təyin edir. Əgər hədəflənən məbləğ təyin olunan vaxt ərzində yığılarsa, Kickstarter yığılmış vəsaitin 5%-ni komissiya olaraq tutur. Əgər hədəfə çatılmazsa, ianəçilərin pulu geri qaytarılır və layihə sahibi heç bir vəsait almır.

Layihə təqdim etmək üçün tələblər

[redaktə | vikimətni redaktə et]

Hazırda layihə təqdim etmək imkanı yalnız müəyyən ölkələrin (ABŞ, Avstraliya, Avstriya, Kanada, Belçika, Almaniya, İspaniya, İsveçrə, Böyük Britaniya, Danimarka, Fransa, İrlandiya, Lüksemburq, Honq Konq, Norveç, Niderland, İtaliya, Sinqapur, Yeni Zelandiyaİsveç) sakinləri üçün aktivdir.

Layihə başlatmaq üçün əsas şərtlər:

  • 18 yaşını tamamlamış olmaq (18 yaşdan kiçiklər üçün valideyn və ya qəyyum nümayəndəliyi tələb olunur);
  • Siyahıda qeyd olunan ölkələrdən birində daimi yaşayış icazəsinə malik olmaq;
  • Şəxsiyyəti təsdiq edən sənəd, qeydiyyat ünvanı və müvafiq ölkənin bank hesabına sahib olmaq;
  • Debet və ya kredit kartına sahib olmaq.[4]
  1. https://www.kickstarter.com/about.
  2. "2014: By The Numbers" (ingilis). kickstarter.com. 15 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2026.
  3. "The First 100,000 Funded Kickstarter Projects in 100 Numbers" (ingilis). kickstarter.com. 8 fevral 2016. 1 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2026.
  4. "Kickstarter Nedir?" (türk). TeknoPital. 12 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2026.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]