Məzmuna keç

Common Locale Data Repository

Vikipediya, azad ensiklopediya
Common Locale Data Repository
Son versiya
Format tipi Layihə
Veb-sayt cldr.unicode.org

Common Locale Data Repository — kompüter proqramlarında istifadə üçün XML formatında lokal məlumatların təmin edilməsi üçün Unicode Konsorsiumunun layihəsi. CLDR əməliyyat sisteminin adətən tətbiqlərə təqdim edəcəyi lokal məlumatı ehtiva edir. CLDR Locale Data Markup Language (LDML) dilində yazılmışdır.

CLDR IBM, Apple, Google, Microsoft və bəzi hökumət təşkilatlarının əməkdaşlarının daxil olduğu texniki komitə tərəfindən idarə olunur. Komitəyə IBM-dən Con Emmons rəhbərlik edir. Google-dan Mark Davis sədr müavinidir.[2]

  • Dil adlarının tərcüməsi
  • Ərazi və ölkə adlarının tərcüməsi
  • Valyuta adlarının tərcüməsi, o cümlədən tək/cəm modifikasiyaları
  • Tam və qısaldılmış formalarda həftə içi, ay, dövr, gün dövrünün tərcüməsi
  • Saat qurşağı tərcüməsi və saat qurşağı üçün nümunə şəhərlər (və ya oxşar).
  • Təqvim sahələri tərcüməsi
  • Tarixləri və ya günün vaxtlarını formatlaşdırmaq/parçalamaq üçün nümunələr
  • Dili yazmaq üçün istifadə olunan nümunə simvol dəstləri
  • Nömrələrin formatlaşdırılması/ayrışdırılması üçün nümunələr
  • Dilə uyğunlaşdırılmış sıra qaydaları
  • Rəqəmlərin söz kimi yazılması qaydaları
  • Ənənəvi say sistemlərində nömrələrin formatlaşdırılması qaydaları (məsələn, Rumerməni rəqəmləri)
  • Skriptlər arasında transliterasiya qaydaları, əksəriyyəti BGN/PCGN romanlaşdırılmasına əsaslanır

Bu datalar hal-hazırda International Components for Unicode, Apple-ın macOS əməliyyat sistemi, LibreOffice, MediaWikiIBM-in AIX əməliyyat sistemi, digər proqramlar və əməliyyat sistemlərində istifadə olunur.

  1. Release 47. 2025.
  2. "Unicode CLDR - CLDR Process". 2013-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-05.