Chmod
Görünüş
| Chmod | |
|---|---|
| | |
| Yayımlanma tarixi | 3 noyabr 1971 |
chmod — Unix əmri olub, istifadəçinin fayl üzərində haqqlarını müəyyən edir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Ümumiyyətlə faylın 3 istifadə haqqı olar. Faylı oxumaq, faylı yazmaq (faylda dəyişiklik etmək), faylı çağırmaq (run). chmod əmrindən iki yolla istifadə etməklə, faylın istifadə haqlarını dəyişmək olar.
1) Hərflərlə
| Müraciət | Sinif | İzah |
|---|---|---|
u | istifadəçi | faylın sahibi |
g | qrup | faylın daxil olduğu qrupun istifadəçiləri |
o | başqaları | faylın sahibi olmayan və ya faylın daxil olduğu qrupda olmayan istifadəçilər |
a | hamı | Bütün istifadəçilər (ugo-da eyni işi görür) |
chmod aşağıdakı operatorlardan istifadə etməklə faylın icaəsini (mode-nu) müəyyən edir.
| Operator | İzah |
|---|---|
+ | müəyyən olunmuş sinifə müəyyən olunmuş hüquqları əlavə edir |
- | müəyyən olunmuş sinifdən müəyyən olunmuş hüquqları silir |
= | müəyyən olunmuş sinif dəqiq müəyyən edilmiş hüquqları alır |
Fayldan istifadə hüquqlarını müəyyən edən variantlar (modelar) aşağıdakı kimidir.
| Variant | Ad | İzah |
|---|---|---|
r | oxumaq | fayl və ya kataloqun tərkibini oxumaq |
w | yazmaq | fayl və ya kataloqa yazmaq (dəyişdirmək) |
x | çağırmaq | faylı çağırmaq |
X | xüsusi çağırmaq | |
s | setuid/gid | |
t | yapışqan |
2) Rəqəmlərlə
| # | İcazə | rwx |
|---|---|---|
| 7 | bütün hüquqlar | 111 |
| 6 | oxumaq və yazmaq | 110 |
| 5 | oxumaq və çağırmaq | 101 |
| 4 | yalnız oxumaq | 100 |
| 3 | yazmaq və çağırmaq | 011 |
| 2 | yalnız yazmaq | 010 |
| 1 | yalnız çağırmaq | 001 |
| 0 | heç biri | 000 |