Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 209.430 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
AyYerin yeganə daimi təbii peyki. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Səfər xan Qəhrəmani (1922 – 2002) — azərbaycanəsilli İran inqilabçısı, fədaisi, siyasi məhbusu. Tudə PartiyasınınAzərbaycan Demokrat Firqəsinin üzvü olub. "21 Azər" hərəkatında Marağanın, Urmiyanın şah qoşunlarından təmizlənməsində iştirak edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Qızılbaş Xalq Qoşunları Ordusunda zabit kimi xidmət edib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Qızılbaş Xalq Qoşunları Ordusunun bir neçə fədai və zabitləri ilə birlikdə şah qoşunlarına qarşı aylarla mübarizə aparıb. 1948-ci ildə Urmiyada həbs olunub. Əvvəlcə ölüm hökmünə daha sonra isə ömürlük həbsə məhkum olunub. Müxtəlif illərdə Urmiya, Marağa, Təbriz, BürazcanTehran həbsxanalarında saxlanılıb.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Alabama qraflıqlarının siyahısıABŞ-nin Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli