Məzmuna keç

JavaScript

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (İmkanları) tərəfindən edilmiş 15:53, 2 fevral 2016 tarixli redaktə

JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlşdırma dilidir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir. Obyektə Yönümlü Proqramlaşdırma mövzusu kifayət qədər mürəkkəb proqramlaşdırmadır. JavaScript Netscape Navigator 2.0 ilə birlikdə Brendan Eich tərəfindən inkişaf etdirilən və əvvəllər Mocha sonralar LiveScript olaraq adlandırılan və sonda bu anki adını alan JavaScript dili başlanğıcda sadəcə müştəri tərəfindən (client-side) şərh edilən bir proqramlaşdırma dilidir.

Günümüzdə NodeJS texnologiyası ilə server tərəfli də (server-side) şərh edilən proqramlama dili halına gəldi.

Tarixi

1995-ci ildə Netscape şirkəti tərəfindən, Sun şirkətinin dəstəyi ilə hazırlanmış NN24-də istifadə olunan AD bundan sonra JavaScript adlandırılması ilə açıqlanma verildi. Buna qədər isə bu alqoritmik dil LiveScript adlandırılırdı. Bu gözlənilməz addım kifayət qədər problemlər yaratdı. Beləki, Sun şirkətinin JAVA AD-nə heç bir dəxli olmayan JavaScript-i JAVA-nın alt-çoxluğu kimi qəbul edənlərin sayı çoxaldı.

JavaScript - HTML səhifəyə inteqrasiya olunaraq, bu səhifə ilə istifadəçi arasındakı interfeysə əlavə funksional imkanlar verən alqoritmik dildir.


NodeJS

Node.js asan sürətli, öncələnə bilən şəbəkə tətbiqləri yaratmaq üçün Chrome's JavaScript Runtime texnologiyası üzərində qurulmuş bir platformadır. Node.js dağıdılmış cihazlar üzərindən işləyə bilən gerçək zamanlı tətbiq etmələr üçün mükəmməl yüngül və səmərəli hala gətirən hadisə yönümlü, əngəllənməyən I/O modeli istifadə edir.

Nümunə

Azərbaycan latın əlifbalı mətnin Azərbaycan kiril əlifbalı mətnə çevrilməsi[1]:

//Azərbaycan latın əlifbalı mətnin Azərbaycan kiril əlifbalı mətnə çevrilməsi
//Qeyd:Bu skript hərf uyğunluğuna görə proqramlaşdırılıb. Ona görə də Roma rəqəmləri və bu kimi ifadələri də transliterasiya edir.
function latinkiril()//Funksiya başlayır
{
var latin=document.getElementById('latin');
latin=form.latin.value;//Azərbaycan latın qrafikalı mətnin daxil edilməsi
if (latin=="")//Şərt:Əgər mətn yeri boş olarsa xəbərdarlıq!
{
alert ("Xahiş edirik çevirmək istədiyiniz mətni daxil edin");//Xəbərdarlıq
}
var kiril=kiril;//Dəyişənin əlavə olunması
kiril=latin.replace(/A/g, "A").replace(/a/g, "а").replace(/B/g, "Б").replace(/b/g, "б").replace(/C/g, "Ҹ").replace(/c/g, "ҹ").replace(/Ç/g, "Ч").replace(/ç/g, "ч").replace(/E/g, "Е").replace(/e/g, "е").replace(/D/g, "Д").replace(/d/g, "д").replace(/F/g, "Ф").replace(/f/g, "ф").replace(/G/g, "Ҝ").replace(/g/g, "ҝ").replace(/Ğ/g, "Ғ").replace(/ğ/g, "ғ").replace(/H/g, "Һ").replace(/h/g, "һ").replace(/I/g, "Ы").replace(/ı/g, "ы").replace(/İ/g, "И").replace(/i/g, "и").replace(/L/g, "Л").replace(/l/g, "л").replace(/M/g, "М").replace(/m/g, "м").replace(/N/g, "Н").replace(/n/g, "н").replace(/O/g, "О").replace(/o/g, "о").replace(/P/g, "П").replace(/p/g, "п").replace(/R/g, "Р").replace(/r/g, "р").replace(/S/g, "С").replace(/s/g, "с").replace(/Ş/g, "Ш").replace(/ş/g, "ш").replace(/T/g, "Т").replace(/t/g, "т").replace(/Ü/g, "Ү").replace(/ü/g, "ү").replace(/X/g, "Х").replace(/x/g, "х").replace(/U/g, "У").replace(/u/g, "у").replace(/Y/g, "Ј").replace(/y/g, "ј").replace(/Z/g, "З").replace(/z/g, "з").replace(/Q/g, "Г").replace(/q/g, "г").replace(/K/g, "К").replace(/k/g, "к").replace(/Ö/g, "Ө").replace(/ö/g, "ө").replace(/V/g, "В").replace(/v/g, "в").replace(/J/g, "Ж").replace(/j/g, "ж");//Hərflərin uyğunlunlaşdırılması (əvəz edilməsi)
form.netice.value=kiril;//Nəticənin "netice" mətn oblastında əks olunması
}

Əks olunduğu HTML sənədin body hissəsi:

<body>
       <form name="form" method="post" action="">
	  
      <textarea name="latin" cols="59" rows="25" id="latin"></textarea>
      <textarea name="netice" cols="58" rows="25" id="netice"></textarea>
    </form>
	<input name="Submit" type="submit" value="Çevir" onclick = "latinkiril()">
</body>

Xarici Keçidlər

İmkanları

JavaScript müasir veb texnologiysı olmaqla, aşağıdakı imkanları realizə etməyə imkan verir:

  • dinamik yeni HTML səhifələr yaratmağa,
  • mövcud HTML səhifəyə dinamiklik verməyə,
  • dinamik foto-qalereyanı yaratmağa,
  • yerli tarix və zamandan asılı olaraq müəyyən ssenariləri yerinə yetirməyə və s. imkan verir.