JavaScript
JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlşdırma dilidir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir. Obyektə Yönümlü Proqramlaşdırma mövzusu kifayət qədər mürəkkəb proqramlaşdırmadır. JavaScript Netscape Navigator 2.0 ilə birlikdə Brendan Eich tərəfindən inkişaf etdirilən və əvvəllər Mocha sonralar LiveScript olaraq adlandırılan və sonda bu anki adını alan JavaScript dili başlanğı
Günümüzdə NodeJS texnologiyası ilə server tərəfli də (server-side) şərh edilən proqramlama dili halına gəldi.
Tarixi
1995-ci ildə Netscape şirkəti tərəfindən, Sun şirkətinin dəstəyi ilə hazırlanmış NN24-də istifadə olunan AD bundan sonra JavaScript adlandırılması ilə açıqlanma verildi. Buna qədər isə bu alqoritmik dil LiveScript adlandırılırdı. Bu gözlənilməz addım kifayət qədər problemlər yaratdı. Beləki, Sun şirkətinin JAVA AD-nə heç bir dəxli olmayan JavaScript-i JAVA-nın alt-çoxluğu kimi qəbul edənlərin sayı çoxaldı.
JavaScript - HTML səhifəyə inteqrasiya olunaraq, bu səhifə ilə istifadəçi arasındakı interfeysə əlavə funksional imkanlar verən alqoritmik dildir.
NodeJS
Node.js asan sürətli, öncələnə bilən şəbəkə tətbiqləri yaratmaq üçün Chrome's JavaScript Runtime texnologiyası üzərində qurulmuş bir platformadır. Node.js dağıdılmış cihazlar üzərindən işləyə bilən gerçək zamanlı tətbiq etmələr üçün mükəmməl yüngül və səmərəli hala gətirən hadisə yönümlü, əngəllənməyən I/O modeli istifadə edir.
Xarici Keçidlər
İmkanları
JavaScript müasir veb texnologiysı olmaqla, aşağıdakı imkanları realizə etməyə imkan verir:
- dinamik yeni HTML səhifələr yaratmağa,
- mövcud HTML səhifəyə dinamiklik verməyə,
- dinamik foto-qalereyanı yaratmağa,
- yerli tarix və zamandan asılı olaraq müəyyən ssenariləri yerinə yetirməyə və s. imkan verir.
İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |