JavaScript
JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan skriptləşdirmə dilirdir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir. Obyektə Yönümlü Proqramlaşdırma mövzusu kifayət qədər mürəkkəb proqramlaşdırmadır.
Tarixi
1995-ci ildə Netscape şirkəti tərəfindən, Sun şirkətinin dəstəyi ilə hazırlanmış NN24-də istifadə olunan AD bundan sonra JavaScript adlandırılması ilə açıqlanma verildi. Buna qədər isə bu alqoritmik dil LiveScript adlandırılırdı. Bu gözlənilməz addım kifayət qədər problemlər yaratdı. Beləki, Sun şirkətinin JAVA AD-nə heç bir dəxli olmayan JavaScript-i JAVA-nın alt-çoxluğu kimi qəbul edənlərin sayı çoxaldı.
JavaScript - HTML səhifəyə inteqrasiya olunaraq, bu səhifə ilə istifadəçi arasındakı interfeysə əlavə funksional imkanlar verən alqoritmik dildir.
Xarici Keçidlər
İmkanları
JavaScript müasir veb texnologiysı olmaqla, aşağıdakı imkanları realizə etməyə imkan verir:
- dinamik yeni HTML səhifələr yaratmağa,
- mövcud HTML səhifəyə dinamiklik verməyə,
- dinamik foto-qalereyanı yaratmağa,
- yerli tarix və zamandan asılı olaraq müəyyən ssenariləri yerinə yetirməyə və s. imkan verir.
İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |