Məzmuna keç

JavaScript

Vikipediya, azad ensiklopediya
Verman1 (müzakirə | töhfələr) tərəfindən edilmiş 03:38, 4 yanvar 2014 tarixli redaktə

JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan skriptləşdirmə dilirdir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir. Obyektə Yönümlü Proqramlaşdırma mövzusu kifayət qədər mürəkkəb proqramlaşdırmadır.

Tarixi

1995-ci ildə Netscape şirkəti təUəfindən, Sun şirkətinin dəstəyi ilə hazırlanmış NN24-də istifadə olunan AD bundan sonra JavaScript adlandırılması ilə açıqlanma verildi. Buna qədər isə bu alqoritmik dil LiveScript adlandırılırdı. Bu gözlənilməz addım kifayət qədər problemlər yaratdı. Beləki, Sun şirkətinin JAVA AD-nə heç bir dəxli olmayan JavaScript-i JAVA-nın alt-çoxluğu kimi qəbul edənlərin sayı çoxaldı.

JavaScript - HTML səhifəyə inteqrasiya olunaraq, bu səhifə ilə istifadəçi arasındakı interfeysə əlavə funksional imkanlar verən alqoritmik dildir.

İmkanları

JavaScript müasir veb texnologiysı olmaqla, aşağıdakı imkanları realizə etməyə imkan verir:

  • dinamik yeni HTML səhifələr yaratmağa,
  • mövcud HTML səhifəyə dinamiklik verməyə,
  • dinamik foto-qalereyanı yaratmağa,
  • yerli tarix və zamandan asılı olaraq müəyyən ssenariləri yerinə yetirməyə və s. imkan verir.