Məzmuna keç

Java

Vikipediya, azad ensiklopediya
Addbot (müzakirə | töhfələr) (Bot: Migrating 86 interwiki links, now provided by Wikidata on d:q251 (translate me)) tərəfindən edilmiş 20:04, 8 mart 2013 tarixli redaktə

JavaSun Microsystems şirkəti tərəfindən təqdim olunan obyekt-yonlü proqramlaşdırma dilınə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur.

Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur.

JavaScript və Java

JavaScript və Java arasında heç bir qohumluq yoxdur. Buna baxmayaraq Java eləcə də C dilinə çox oxşardır.

JavaScript klient skriptləşdirmə dilidir. JavaScript internet səhifənin dinamik imkanlarını genişləndirmək məqsədi ilə istifadə olunur. JavaScript dilində yazılmış modul HTML faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun uyğun sətrindən çağırılır. Veb brauzerdə (veb səyyahda) qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir.

Java isə JavaScriptdən fərqli olaraq ondan istifadə edən səhifəyə inteqrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur, elmi dildə desək apletdir. Bu dildən istifadə edərkən aplet uyğun əmr vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi olur.

İmkanlar

C++ dilinin mürəkkəbliyi və obyekt orientasiyalı olmayan xüsusiyyətləri bu dilin əsas səbəblərdən biridir. Diğər başlıca səbəb hər hansı platformada kompayl edilən kodun başqa platformlarda da dəyişdirilmədən işlədilə bilməsinə olan ehtiyacdır. Dilin bu xüsusiyyəti Java Virtual Maşını sayəsində həyata keçirilir. Java dili mürəkkəbliyi aradan qaldırmaq üçün bir çox C++ xüsusiyyətini – çox köklü irsiyyət, şablonlar (yeni versiyalarda şablonlar daxil edilib), pointerları özünə daxil etmir. Bundan başqa dildə C++ da olmayan tullantı təmizləmə mexanizmi mövcuddur.

Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə "saat", "qaçan sətr", digər animasiyalar və çat yaratmaq mümkündür.

Üstün cəhəti: serverdə Java proqramının işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır.

Mənfi cəhəti: Java dilinin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı veb brauzerlərlə (veb səyyahlarla) işləyən istifadəçilər bu dildə yaradılmış obyektləri görə bilmirlər.

Java dilində yazılmış proqramın misalı

Proqram "Hello, world!" yazısını göstərir:

public class HelloWorld {
    public static void main(String[] args) {
        System.out.println("Hello, world!");
    }
}

Ədəbiyyat

  • Jon Byous, "Java technology: The early years". 2005.
  • James Gosling, "A brief history of the Green project. Java.net", 2007.
  • Tim Lindholm and Frank Yellin. "The Java Virtual Machine specification, second edition". Addison-Wesley, 1999.

Həmçinin bax

Xarici keçidlər

Şablon:Link FM Şablon:Link GA